XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2020 - 00:05

Fransada koronavirus yenidən sürətlə yayılır –Son sutkada daha 7071 nəfər yoluxub, ölənlər var

Ötən gün Fransada 7 071 nəfərdə COVID-19 aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, son 24 saatda ölkədə koronavirusdan səhhəti ağırlaşmış 3 nəfər ölüb.

Qeyd edilir ki, son 7 gündə Qərbi Avropanın bu ölkəsində virusa yoluxmuş 1 704 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 288-i reanimasiya şöbələrində müalicə edilirlər.

Epidemiyanın başlanğıcından Fransada koronavirusa ümumilikdə 324 777 yoluxma qeydə alınıb/Report.