XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 18:30

Belqradda terror- "Kamikadze" özünü şəhərin mərkəzində partlatdı

Serbiyanın paytaxtı Belqradda terror aktı olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın mərkəzi küçələrindən birində «kamikadze» özünü partladıb. Partlayışdan əvvəl bir neçə dəfə silah səsləri eşidilib. 

Məlumata görə, naməlum şəxs qənnadı dükanına girərək qışqırmağa başlayıb. Hamı yerə yatandan sonra da üzərindəki partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində «kamikadze» ölüb. Başqa ölənlərin olub-olmadığı barədə məlumat verilmir.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım maşını gəlib.