Bakıda 313 saylı məktəb şagirdin bu məktəbin binasının 3-cü mərtəbəsindən yıxılması ilə bağlı hadisəyə münasibət bildirib.
Məktəbdən Trend-ə verilən məlumata görə, 10-cu sinif şagirdi təhsil müəssisəsinə burada xadimə işləyən anasının dalınca gəlib və yıxılaraq ayağından xəsarət alıb:
“Təcili yardım çağrılıb, ayağında sınıq olduğu aşkar edilib. Müvafiq tibbi yardım və zəruri tədbirlər görülüb. Hazırda vəziyyəti qənaətbəxşdir”.
***
Bakıda IX sinifdə oxuyan qız 3-cü mərtəbədən yıxılıb.
Hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə IX sinifdə oxuyan qız 3-cü mərtəbədən yıxılaraq, ağır xəsarət alıb.
Məktəbli təcili xəstəxanaya aparılıb.
Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə,, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Stansiyadan verilən məlumata görə, yaralı sol budun aşağı 1/3-nin açıq sınığı diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına aparılıb.