XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 18:50

“The Financial Times”:"Əsas məqsəd Ərdoğanı devirməkdir"

Türkiyəyə şığıyan “kürd qartalları” kimdir?

“The Financial Times” qəzeti Türkiyəyə qarşı terror savaşından yazıb.

BBC xəbər verir ki, savaşın "xəbərdarlıq atəşi" ötən ilin dekabrında Sabiha Gökcen hava limanına minamyotdan atılmışdı: "O vaxt bu atəş bir xidmətçini öldürmüş, digərini yaralamışdı. Sonradan bu hücum üçün məsuliyyəti öz üzrətinə götürmüş qrupun adı hücumun özü qədər sürpriz olmuşdu. Bu Türkiyə ilə 1980-ci illərdən müharibə aparan Kürdüstan İşçi Partiyası – PKK yox, Kürd Azadlıq Qartalları idi. Bu qrupun 2000-ci illərdə PKK-dan qopduğu düşünülür.

Bugünlərdə İstanbulun ən gur alış-veriş yerlərindən biri kimi tanınan "İstiqlal" prospektində törədilmiş intiharçı bomba partlayışı daha 5 nəfərin həyatına son qoyub.

"İstiqlal"a hücum

İnternetdə yaydıqları xəbərdarlıqda Qartallar bundan sonra da mülki hədəflərə basqınlar vəd edirdilər. Bu xəbərdarlıqdan sonra  Ankarada bir həftə ərzində iki basqın olmuşdu. Nəticədə 37 nəfər həlak olmuş, daha 125 nəfər xəsarət almışdı. Hər iki basqında partladıcılarla yüklənmiş avtomobillər adamla dolu avtobuslara çırpılmışdı".

“The Financial Times” yazır ki, bu qruplaşmanın kölgədən çıxması Türkiyənin yeni terror düşmənlərinin artmasından xəbər verir: "Türkiyə bu əsrdə bu qədər zorakı basqınlarla üzləşməmişdi. Bu basqınların ardınca ötən şənbə İstanbulun "İstiqlal" prospektində başqa bir mənbədən qaynaqlanan intiharçı bomba hücumu baş verib. Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirib ki, bu dəfə basqının İŞİD tərəfindən törədildiyi güman edilir. 

PKK və Qartallar

Türkiyə ərazisinə qonşu Suriyadakı münaqişədən daha çox zorakılıq yayılır. Çox vaxt partlayışları törədən bir qrupun başqa qruplarla bu və ya digər dərəcədə bağlı olduğu aşkara çıxır. Ötən il İŞİD-in kürd hədəflərinə basqınlarında məqsəd də PKK-nın Türkiyəyə qarşı hücumlarına qığılcım vermək idi. Hökumət PKK ilə Qartalları bir-birindən ayırmaq cəhdlərini rədd edir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan zorakılığın artmasının güclü hökumətə ehtiyac olduğundan xəbər veridiyini iddia edir. O, ilk növbədə yenə də öz səlahiyyətlərinin artırılmasını istəyir. Türkiyədə davakar kürdçülüyün artması kürdlərin ümumiyyətlə regionda güclü mövqedə olduqları bir vaxta təsadüf edir. 

Məqsəd Ərdoğanın devrilməsidir

PKK əvvəllər mübarizəsini İraqın şimalındakı dağlarla məhdudlaşdırırdısa, indi kürdlərin Suriyadakı təşkilatı PYD bu bölgədə kürd muxtariyyətini elan edib. İŞİD qruplaşmasına qarşı mübarizə aparan PYD-ni ABŞ da dəstəkləyir. Türkiyənin öz daxilində isə PKK-ya bağlı kürd gənclərindən ibarət silahlı dəstələr ölkənin cənub-şərqində onlarca şəhər və kənddə dinc əhali arasında səngərlənirlər.

"PKK mesaj verir ki, bizimlə danışmaq istəməsəniz, bizdən daha pis olanlar da var", – deyir keçmiş Türkiyə zabiti Nihan Ali Özcan: "Bu bir növ “yaxşı polis, pis polis” oyununa bənzəyir”.

Adının çəkilməsini istəməyən bir Türkiyə rəsmisi “The Financial Times”a bildirib ki, Qartallar PKK "paketinin" bir hissəsidir: “Onlar PKK-dan əmrlər alır və PKK-nın siyasi mülahizələrlə boynuna götürə bilmədiyi məsuliyyəti öz üzərlərinə götürürlər”.

PKK istər Qartallarla, istərsə də Ankarada törədilmiş basqınlarla hər hansı əlaqəsini danır. Lakin təşkilat bildirir ki, Ərdoğanın devrilməsi onun üçün başlıca məqsəddir.