XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 September 2020 - 23:16

Tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün imtahan vaxtı açıqlanıb –Təhsil Nazirliyi

8 sentyabr Müəllimlərin İşə Qəbulu imtahanlarının sonuncu günüdür.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, sentyabrın 8-də tarix və coğrafiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçiriləcək. İmtahanlarda 1952 namizədin iştirakı nəzərdə tutulub. Bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatacaq.