XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

21 Mart 2016 - 22:13

Ömər Şişani “6-cı dəfə”öldürüldü

 

Şişani'yi bir kez daha öldürdüler!

 

“İŞİD liderlərindən Ömər Şişanini Ramadidə döyüş  zamanı öldürdük”.

Stratreq.az-ın bildirdiyinə görə, bu iddianı İraq ordusunun generalı İsmail Məhləvi irəli sürüb.

Qeyd edək ki, bu iddia ilə birlikdə son iki il içində Şişani altıncı dəfə öldürülmüş olub. Son olaraq bir ay əvvəl Amerika hərbçiləri Ömər Şişanini öldürdüklərini xəbər vermiş, amma iddia özünü doğrultmamışdı.

Amma deyəsən, bu dəfə İŞİD-in ən aparıcı lideri – təşkilatın hərbi qüvvələrinin rəhbəri olan çeçen komandir, həqiqətən də, həyatla vidalaşıb. Çünki İraq generalının sözlərinə görə, onun cəsədi belə ələ keçirilib.

İddiaya inansaq, Ramadinin şərqində yerləşən Elbu Ubeyd bölgəsində beynəlxalq magistral yol üzərində 10 İŞİD mənsubuna aid cəsəd tapılıb. Cəsədlərdən birinin Əbu Ömər Şişaniyə aid olması ehtimalı var.