XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 September 2020 - 12:54

Tixanovskaya:"Rus və Belarus xalqları arasındakı münasibətləri korlamamaq çox vacibdir"

“Rus və Belarus xalqları arasındakı münasibətləri korlamamaq çox vacibdir”.

APA-nın xəbərinə görə, bu barədə Belarusun müxalifət lideri Svetlana Tixanovskaya özünün “Telegram” kanalında deyib.

“Belarus xalqının son dərəcə sadə üç tələbi var: hazırkı Prezident Aleksandr Lukaşenkonun istefası, bütün namizədlərin iştirakı ilə yeni ədalətli, şəffaf seçkilərin keçirilməsi, bütün siyasi məhbusların sərbəst buraxılması və Belarus xalqına qarşı səlahiyyətlilərin törətdikləri cinayətlərin araşdırılması. Bu mübarizə heç bir mərhələdə Rusiyaya qarşı olmayıb və əminəm ki, olmayacaq. Xahiş edirəm, əksini iddia edən təbliğat mediasına və siyasətçilərə inanmayın. Xalqlarımız arasındakı münasibətləri korlamamaq çox vacibdir”, – deyə Svetlana Tixanovskaya bildirib.