XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

09 Sentyabr 2020 - 18:16

Lukaşenko:"Qərb ölkələri Rusiyaya qarşı təcavüz edərsə, Belarus müharibəyə daxil olacaq"

“Qərb ölkələri Rusiyaya qarşı təcavüz edərsə, Belarus müharibəyə daxil olacaq”.

APA-nın xəbərinə görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya mətbuatına müsahibəsində deyib.

“Əgər kimsə Belarusdan və ya Belarusun yaxınlığından, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nəzarəti altında olan bölgədən keçərək Rusiyaya hərbi təcavüz edərsə, o zaman 60 minlik ordumuz müharibəyə girəcək”, -deyə Aleksandr Lukaşenko bildirib.

Aleksandr Lukaşenko Qərbdən Belarusa qarşı müdaxilə olacağı təqdirdə Rusiyanın da eyni addım atacağına inandığını deyib: “Qəfildən qərb istiqamətindən, şimaldan və ya cənubdan hücum olsa, biz dərhal Rusiyanı müdafiə edəcəyik”.

Aleksandr Lukaşenko Rusiya ilə sərhəd istisna olmaqla, bütün istiqamətlərdə ölkənin sərhədlərinin mühafizəsinin gücləndirldiyini vurğulayıb: “Başa düşürəm ki, onlar bizi qıcıqlandırmağa çalışırdılar. Mən bunu ciddi qəbul etdim – Belarus sərhədlərində müxtəlif növ təlimlər keçirdik. Buna görə də Belarus ordusunun yarısını səfərbər etdim. Biz hətta Ukrayna ilə də sərhədlərimizin mühafizəsini gücləndirdik”.