XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2020 - 11:27

Navalnının mühafizəsi gücləndirilib:"O, artıq danışmağa başlayıb"

Almaniya polisi Rusiya müxalifətinin lideri, Korrupsiya ilə Mübarizə Fondunun (KMF) sədri Aleksey Navalnının mühafizəsini gücləndirib.

Bunu Almaniyanın “Der Spigel” qəzeti yazıb.

Həkimlər isə onun səhhətinin yaxşılaşdığını bildiriblər. Onların sözlərinə görə, koma vəziyyətindən çıxan A.Navalnı artıq danışmağa başlayıb.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib.

O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb/Report