XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2020 - 18:46

XİN-in sabiq şöbə rəisi də ev dustaqlığına buraxılmadı –Mıhkəmə qərarı

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün verdiyi vəsatətə baxılıb.

Hakim İlkin Rüstəmlinin sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin vəkilinin vəsatəti təmin edilməyib.

***

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat zamanı həbs edilən Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev məhkəməyə gətirilib.

Məlumata görə,  N. Abdullayev barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığa qətimkan tədbiri ilə dəyişdirməsi bağlı məhkəməyə vəsatət verib.

Vəsatətə Səbail rayon Məhkəməsində hakim İlkin Rüstəmlinin icraatında baxılır/APA.