“Həmişə III qrup çoxsaylı abituriyentləri cəlb edir. Bu il həmin qrup üzrə 21 mindən çox abituriyent imtahanda iştirak edib”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, müsabiqə şərtləri bu qrupda adətən yüksək olur: “Bu il III qrupda 12 286 plan yeri var. Müsabiqəyə buraxılanların və 200-dən çox bal toplayanların sayı isə 15 368 nəfərdir. Bu o deməkdir ki, 3 082 abituriyent istənilən halda kənarda qalacaq. Bu plan yerlərindən asılı məqamdır”.
M.Abbaszadə bildirib ki, bu il üçün III qrup üzrə keçid balını aşağı salmağa ehtiyac yoxdur: “Çünki III qrupda kifayət qədər yüksək nəticə göstərən var”.