XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

11 Sentyabr 2020 - 17:11

Tələbələrin təhsil haqqında hər hansı dəyişikliyin olması gözlənilmir –RƏSMİ

Tələbələrin təhsil haqqında hər hansı dəyişikliyin olması gözlənilmir. 

Bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, təhsilalan ali məktəblə müqavilə imzalayanda qeyd edir ki, ödəniş edəcək: “Hazırki şəraitdə forma dəyişsə də, məzmun eyni olacaq, eyni dərslər keçiriləcək. Tələbələr distant təhsili keyfiyyətli hesab etmirlərsə, akademik məzuniyyət götürüb növbəti il yenidən təhsillərini davam etdirə bilərlər. Ali təhsil müəssisələri təsərrüfat fəaliyyətlərini öz pulları ilə edirlər, bu səbəbdən təhsil haqqında hər hansı güzəştə gedilməsi gözlənilmir. Həm də həssas qrupdan olan tələbələrin təhsil haqqına güzəşt ediləcək”.