XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 September 2020 - 18:05

“Situasiyadan asılı olaraq noyabrın 2-dən sonra üçün yeni qaydalar hazırlanacaq” –Nazirlik

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”ı noyabrın 2-dək qüvvədədir”. 

Bunu Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” barədə qərarına həsr olunan onlayn mətbuat konfransında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.

O deyib ki, sonra situasiyadan asılı olaraq yeni qaydalar hazırlanacaq: “Situasiya pisləşə də bilər, bu, birbaşa davranışımızdan asılıdır”.