XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

12 Sentyabr 2020 - 21:18

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib –Qızı açıqladı

Həbsdə olan müsavatçı Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.

Bu barədə onun qızı Nigar Həzi  “Facebook”da məlumat yayıb.

“Tofiq Yaqublu indilərdə “City Hospital”a gətirilir”, – deyə o, bildirib.

Qeyd edək ki, T.Yaqublu artıq 11 gündür aclıq etdiyini açıqlayıb.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

Hökmdən apelyasiya şikayəti verilib.