XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2020 - 00:14

“Yüksəliş” müsabiqəsi dayandırıldı –Texniki heyət, İşçi qrupunun üzvləri və iştirakçılar qidadan zəhərləniblər

Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin ikinci imtahanında qidadan zəhərlənənlər olub. 

Strateq.az xəbər verir ki, zəhərlənənlər arasında texniki heyət, işçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub.

Zəhərlənmə halları qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb. İmtahan keçirilən məkanda Təcili Tibbi Yardım briqadası tərəfindən zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər 1 və 3 saylı Şəhər Klinik xəstəxanalarına yerləşdirilib. Zərəçəkənlər zəruri tibbi müayinələrdən keçməklə müvafiq tibbi yardım göstərildikdən sonra evlərinə göndərilib. Müsabiqənin İşçi qrupunun heyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi  və TƏBİB nümayəndələri zərərçəkənlərə baş çəkib, vəziyyətləri ilə yaxından maraqlanıblar.

“Yüksəliş” müsabiqəsinin təşkilatçıları tərəfindən yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda Qida Təhlükəsizliyi Agentliyi və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır. Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin “İdarəetmə potensialı üzrə” imtahanının yeni tarixi yaxın günlərdə açıqlanacaq.