XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

13 Sentyabr 2020 - 18:34

“Dərs vaxtı”nın 14 sentyabr cədvəli təqdim edilib –FOTO

Təhsil Nazirliyi “Mədəniyyət”, “ARB Günəş” telekanalları və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 14-ü üçün nəzərdə tutulan cədvəlini təqdim edib.

Təhsil Nazirliyindən verilən məlumatda bildirilir ki, nazirlik dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir:

“Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır”.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləmək imkanı əldə edə bilərlər.