Ötən il Azərbaycanda ən azı bir sosial müavinətlə əhatə olunan insanların ümumi əhalinin sayında payı 31,5% təşkil edib.
Bu barədə Asiya İnkişaf Bankının (AİB) hesabatında deyilir.
Qeyd olunub ki, bu göstərici 2016-cı illə müqayisədə 8,8 faiz bəndi azdır. Pensiya yaşına çatan əhalinin pensiya alma nisbəti isə 100% olub.
Xatırladaq ki, ən azı bir sosial müavinətlə əhatə olunan insanların ümumi əhalinin sayında payı üzrə Asiyada ən yüksək göstəriciyə malik olan ölkələr Kuk adaları (86,3%), Monqolustan (85%) və Çindir (78,5%). Ən aşağı göstəricilər isə Laos (0,4%), Solomon adaları (1,1%) və Myanma (1,6%) olub.