XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 14:37

“Akademiyaya məxsus torpaqlar institutların mandatları və elmi istiqamətlərinə uyğun istifadə edilmir” –AMEA

AMEA-nın İnventarlaşdırma Komissiyasının növbəti iclası keçirilib. 

AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, toplantıya sədrlik edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova ötən iclasdan keçən dövr ərzində komissiya tərəfindən regionlarda monitorinqlərin aparıldığını və müvafiq arayışın hazırlandığını diqqətə çatdırıb.

Sonra komissiyanın sədri, AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdir müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov monitorinq və araşdırmaların nəticələri barədə hesabatı təqdim edib, elmi-tədqiqat bazalarının və dayaq məntəqələrinin nəzdində olan torpaq sahələrinin, texniki vasitələrin və tikililərin istifadəsində mövcud olan problemləri əhatəli şərh edərək, onların həlli üzrə təkliflər paketinin hazırlandığını qeyd edib. O, təcrübə bazaları və dayaq məntəqələrinin əsasnamələrinin mövcud olmadığını, torpaqların institutların mandatları və elmi istiqamətlərinə uyğun istifadə edilmədiyini diqqətə çatdırıb.

İ. Hüseynova İnventarlaşdırma Komissiyası tərəfindən hazırlanmış arayışın, təcrübə bazaları və dayaq məntəqələrinin inkişaf proqramının AMEA Rəyasət Heyətinin iclasında müzakirə ediləcəyini bildirib. O, komissiyanın arayışında qeyd edilənlərlə yanaşı, yeni təkliflər irəli sürüb, 2-3 pilot sahənin seçilərək, onlarda nümunəvi təsərrüfatların yaradılmasının vacibliyini söyləyib.