XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

22 Mart 2016 - 12:50

Brüssel şokda- İndi də metroda partlayış oldu (FOTO)

Brüssel aeroportundan sonra indi də paytaxt metrostansiyalarından birində güclü partlayış olub.

Strateq.az xəbər verir ki, bu barədə yerli RTBF telekanalı məlumat yayıb. Partlayışın metronun «Maalbeek” stansiyasında baş verdiyi bildirilir.

Ölən və yaralananların olub-olmadığı barədə məlumat verilmir. 

Xatırladaq ki, az əvvəl Brüssel aeroportunda ard-arda iki güclü partlayış baş verib. İlkin məlumatlara görə, hadisə zamanı 17 nəfər ölüb, onlarla insan yaralanıb.

Polis aeroportdakı partlayışla bağlı terakt versiyasını istisna etməmişdi. Lakin partlayışların silsilə şəkildə olması planlı terror aktından xəbər verir.