XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 15:32

“I qrup üzrə plan yerlərinin sayı keçən ilə nisbətən azalıb” –DİM sədri

“Bu il üçün I qrup üzrə 5 179 subbaklavr da sənəd verib. Məsləhətim odur ki, onlar ilk növbədə özəl və regionlarda yerləşən ali təhsil müəssisələrini seçsinlər”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, I qrup üzrə 150 baldan çox nəticə göstərənlərin sayı 15 373 nəfər təşkil edir:

“20 552 namizəd 14 424 yerə iddiaçıdır. Keçənilki səviyyədə olan müsabiqə vəziyyəti gözlənilir. Bu il I qrup üzrə plan yeri keçən ilə nisbətən 1,96% azalıb. Bu il yeni ixtisaslar da var. Yaxud da keçən il olan bəzi ixtisaslar bu il siyahıda yoxdur”.