XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2020 - 17:14

Məktəblərdə tənəffüs vaxtı zəng çalınmayacaq –Təhsil Nazirliyi

Məktəblərdə tənəffüs zamanı ənənəvi qaydada zəng çalınmayacaq.

Bu barədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə ünvanladığı məktubda bildirilib.

Qeyd edilib ki, tənəffüs zamanı dəhlizlərdə və həyətyanı sahədə şagird sıxlığını azaltmaq məqsədilə ənənəvi qaydada zəng çalınmayacaq. Tənəffüslərin vaxtı hər bir sinif üçün növbəli qrafiklə tənzimlənəcək. Hər bir müəllim dərsini bitirdikdə bütün şagirdlərin sinfi tərk edərək tənəffüsə çıxmasına ciddi nəzarət etməlidir. (apa)