XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2020 - 11:25

“ASAN-Xidmət”in aparat rəhbəri Dövlət Xidmətinə rəis müavini təyin olundu –Anar Kərimovdan daha bir dəyişiklik

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyinat olub. 

Mədəniyyət Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə bu vəzifəyə Azad Məhyəddin oğlu Cəfərli təyin olunub.

Bildirilib ki, Azad Cəfərli 1978-ci ildə Bakı şəhərində anadan olub. O, son təyinatadək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının rəhbəri vəzifəsini daşıyıb.