XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2020 - 11:05

Erkan Özoral:"Pis günlərdə, yaxşı günlərdə bir-birimizin yanındayıq"

“Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyi beynəlxalq hüquqa, haqlarımıza  və mənfəətlərimizə əsaslanır”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Türkiyə səfiri deyib ki, Azərbaycanın Türkiyənin Şərqi Aralıq dənizi ilə bağlı mövqeyini dəstəkləməsi Türkiyəyə güc verir: “Biz bununla fəxr edirik. Zatən, qardaşlarımızdan gözləntimiz də bu idi. Pis günlərdə, yaxşı günlərdə bir-birimizin yanındayıq. Biz bir millət, iki dövlətik”.