XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Sentyabr 2020 - 12:56

Mehriban Əliyeva tələbə və şagirdləri təbrik etdi:"Ümid edirəm ki, Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bilik günü münasibətilə “Instagram” hesabında paylaşım edib.

Strateq.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz məktəblilər və tələbələr!

Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm! Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram! Bilik Gününüz mübarək!”