XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

15 Sentyabr 2020 - 17:14

Gürcüstanın 5 müxalif partiyası birləşdi –Seçki bloku yaradıldı

Gürcüstanın 5 müxalifət partiyası parlament seçkiləri öncəsi seçki bloku təsis edib.

Məlumata görə, birliyə Vahid Milli Hərəkat Partiyası, Respublika Partiyası, “Dövlət xalq naminə”, “Biz özümüz” hərəkatları, Tərəqqi və Azadlıq Partiyası daxildir.

Siyasi təşkilatlar parlament seçkilərinə “Birləşmiş müxalifət – Güc birlikdədir” adlı blokla qatılacaqlar.

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilər oktyabrın 31-də keçiriləcək/Report.