XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 Mart 2016 - 15:42

Brüsseldəki partlayışların terror olduğu təsdiqləndi- 1 nömrəli şübhəli İŞİD-dir

Bu gün Brüsseldə baş verən silsilə partlayışların terror olduğu rəsmən təsdiqlənib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlama ilə Belçika prokuroru çıxış edib. Teraktlara görə bir nömrəli şübhəli kimi İŞİD göstərilir. 

Belçika hüquq-mühafizə orqanlarından NBS kanalına bildiriblər ki, Avropanın antiterror təşkilatları Brüsseldəki silsilə tereaktların arxasında İŞİD-in olmasından şübhələnir.  

Xatırladaq ki, bu gün Brüssel aeroportu və metrosunda bir neçə güclü partlayış olub. Partlayışlar zamanı ümumilikdə 28 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.