XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

22 Mart 2016 - 16:11

Belçika Fransa ilə sərhədini bağladı- Silsilə teraktlarda ölənlərin sayı artır (FOTOLAR)

Brüssel metrosunun bir neçə stansiyasında baş verən ardıcıl teraktlar zamanı 15 nəfərin öldüyü, onlarla insanın xəsarət aldığı bildirilir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, yaralılardan 31-nin vəziyyəti kritikdir. Aeroportda baş verən partlayışda 14 nəfərin həyatını itirdiyi açıqlanıb. Bu saata olan xəbərlərə görə, ölənlərin ümumi sayı 29, yaralıların isə 90-dır. Lakin ağır yaralılar olduğu üçün ölənlərin sayının artacağı gözlənilir.

Hazırda Belçikada terror təhlükəsinin səviyyəsi maksimum həddə çatdırılıb. Ölkə rəhbərliyi Fransa ilə sərhədlərini bağladığını elan edib.

Brüsseldə metro, avtobus və tramvayların faəliyyəti dayandırılıb. Muzeylər, ticarət mərkəzləri və əhalinin sıx olduğu məkanlar qapadılıb.