XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2020 - 10:19

Parlamentdə əfv etmə və amnistiya aktı ilə bağlı dinləmə keçiriləcək –Bu tarixdə

Milli Məclisin payız sessiyası müddətində müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq İnsan Hüquqları Gününə (10 dekabr) həsr olunmuş ictimai dinləmə keçiriləcək. 

Bu, parlamentin İnsan hüquqları komitəsinin payız üçün İş planın layihəsində əksini tapıb.

İş planının layihəsinə əfv etmə – amnistiya aktının insan hüquqlarının təminatı institutu kimi reallaşdırılmasının aktual problemləri ilə bağlı vətəndaş cəmiyyəti və ekspertlərlə dinləmələrin keçirilməsi də daxil edilib.

İş planının layihəsi komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılacaq/APA.