XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020

Digər Xəbərlər

17 Sentyabr 2020 - 12:55

Deputat sürücüsü əfv siyahısına istədiyi adamı saldırıb? –Deputat araşdırma istəyir

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deputat həmkarı Elman Nəsirovun deputat sürücüsünün əfv siyahısına adam adı saldırması fikrinə münasibət bildirib.

O, qeyd edib ki, bu, kifayət qədər ciddi ittihamdır:

“Əgər bir sürücünün əfv siyahısı ətrafında bu qədər səlahiyyəti olubsa, bunu müəyyənləşdirmək  lazımdır. Mən həmin adamın özünün daha sonra əfvinin necə olacağını bilmirəm. Hər halda jurnalistlər də bu məsələni araşdıra bilər”.

Xatırladaq ki, E.Nəsirov bu gün parlamentin komitə iclasında “Əfv Komissiyasının üzvlərinin biri olan deputatın sürücüsü kimlərinsə adını siyahıya saldırıb” fikirlərini işlədib/Report.