XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2020 - 12:11

Tofiq Yaqublunun azadlığa buraxılmasına dair vəsatət verilib –Vəkil

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verilib.

Bu barədə onun vəkili Aqil Layicov məlumat yayıb.

O bildirib ki, vəsatət Nizami rayon Məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, T. Yaqublu xuliqanlıqda təqsirli bilinərək Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib.

T. Yaqublu barəsində hökmü qəbul etməyək aclıq edir. O Penitensiar Xidmətin İstintaq Təcridxanasından “City Hospital” köçürülüb.

Onun barəsindəki hökmdən apelyasiya şikayəti verilib. Şikayət Bakı Apelyasiya Məhkəməsində sentyabrın 28-ə təyin edilib.