XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

18 Sentyabr 2020 - 13:25

“Fəxri adların verilməsi ilə bağlı yeni mexanizm yaradılır” –Anar Kərimov

“Fəxri adların verilməsi ilə bağlı dediyim fikirlər düzgün anlaşılmayıb. Söhbət gələcəkdə fəxri adların verilməsində sui-istifadə hallarının qarşısının alınmasından gedir”.

Bunu Mədəniyyət nazirinin birinci müavini, naziri vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məqsədlə gələcəkdə hüquqi tənzimləyici mexanizmin yaradılması təklif edilib: “Bu mexanizimə əsasən, orada açıq aşkar meyarlar tətbiq olunacaq. Bu meyarlar vasitəsilə fəxri adlar üçün təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil kommisiya tərəfindən həyata keçiriləcək. Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olar. Bu hələ bizim təklifimizdir. Bununla da gələcəkdə bu prosesdə hər hansı bir sui-istifadə hallarının qarşısını ala biləcəyik”.