XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

21 Sentyabr 2020 - 14:25

Rusiyanın aviaşirkəti Moskva-Bakı istiqamətində uçuşlara başlayır

Rusiyanın “Aeroflot” aviaşirkəti sentyabrın 24-dən etibarən Moskva-Bakı-Moskva istiqamətində uçuşlara başlayır.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, aviareyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək. Təyyarə cümə axşamı səhər saat 7:20-də, bazar günü isə gecə saat 2:50-də Bakıdan qalxacaq.

Bildirilib ki, aviareys ancaq Rusiya vətəndaşları üçün nəzərdə tutulub.