XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 08:36

İman Nağıyev Hakimlərin Seçki Komitəsinin sədri seçilib – rəsmi

Hakimlərin Seçki Komitəsinin yeni sədri seçilib. Bu barədə Trend-ə Komitədən verilən məlumatda bildirilir.

Məlumatd qeyd olunur ki, Məhkəmə-Hüquq Şurası tərəfindən yüksək məhkəmə hakimlərindən, habelə Şuranın aparatı, ədliyyə, prokurorluq, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşünas-alimdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsinin ilk iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək, ölkədə müstəqil məhkəmə sisteminin yaradılması üzrə mütərəqqi islahatların uğurla davam etdirildiyini, məhkəmə fəaliyyətinin müasirləşdirilməsi barədə dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı əldə edilmiş mühüm nailiyyətləri vurğulayıb.

Hakimlərin Seçki Komitəsinin fəaliyyət göstərdiyi 10 il ərzində hakimliyə namizədlərin Avropada mövcud olan ən şəffaf və obyektiv Qaydalarla seçimi və tədrisinin təşkili sahəsində yaradılmış müsbət təcrübə qeyd edilmiş, nüfuzlu hüquq təsisatları, o cümlədən Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) tərəfindən Azərbaycanda hakimlərin seçimi prosesinin örnək kimi göstərilməsi, habelə Avropa Şurası və Avropa İttifaqı bu prosesi müsbət nümunə kimi digər üzv-dövlətlərə tövsiyə etməsi bildirilib.

İclasın ikinci hissəsində Hakimlərin Seçki Komitəsi təşkilati məsələlərə baxıb, Komitə üzvləri tərəfindən Bakı Apellyasiya məhkəməsinin sədri İman Nağıyev Hakimlərin Seçki Komitəsinin sədri seçilib, hakimliyə namizədlərin seçimi ilə bağlı məsələlər müzakirə edilib.

Strateq.az