XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 08:46

Özünü binadan atan oğlan çempion imiş – FOTOLAR

İki gün öncə Bakıda baş verən dəhşətli yanğın faciəsi 15 nəfərin həyatına son qoydu. ölənlər arasında azyaşlı uşaqlar, gənclər, orta yaşlın nümayəndələri də var idi. Hadisə qurbanlarından ikisi binadan özünü ataraq həlak olmuşdu.

Onlardan biri orta yaşlı, digəri isə 27 yaşlı gənc Nəcəfov YaşardIr. Yaşar yanğın zamanı ölümlə mübarizə aparıb, canını qurtarmağa çalışsa da, bədbəxt hadisədən qurtula bilməyib.
Yaxınlarının AzVision.az-a verdiyi məlumata görə, ailənin yeganə övladı olan Nəcəfov Yaşar Fazil oğlu 1988 -ci ildə Hacıqabul rayonunda anadan olub.
O, Azərbaycan Texniki Universitetini bitirib. Yaşar Yunan-Roma güləşi üzrə dəfələrlə regionlar arası yarışlarda birinci yerə çıxıb.

O, respublika yarışlarında da yüksək yerlər tutub. Yaşar dünyasını dəyişənədək Bakıda supermarketlərdən birincə adminstrator vəzifəsində çalışıb.

Mərhum yanan binada kirayə tutduğu evdə yaşayırmış.