XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

23 Sentyabr 2020 - 12:16

XİN-in həbsdə olan sabiq idarə rəisi ilə bağlı qərar verildi –Faiq Bağırov ev dustaqlığına buraxıldı

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Strateq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun vəkili Bəylər Məmişov müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatət verib.

Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyev dünən öncə prosesi təxirə salsa da, sonradan vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov külli miqdarda rüşvət almaqda ittiham edilir.