XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 11:51

Fransada terror həyəcanı:Hava limanı boşaldıldı (FOTOLAR)

Belçika'nın terörle imtihanı!

Fransanın cənubunda – bölgənin ən əhəmiyyətli hava limanlarından biri olan Tuluza aeroportu təhlükəsizlik səbəbiylə boşaldılıb.

Strateq.az xəbər verir ki, həyəcana hava limanında tapılan sahibsiz çanta səbəb olub. Çantanın içərisində nə olduğu barədə məlumat verilməsə də, terror ehtimalı daha inandırıcı görünür.

Xatırladaq ki, dünən Belçikada da müxtəlif yerlərdə terror hadisələri törədilib.

Hadisəni üstlənən İŞİD daha dəhşətli terror aktları keçirəcəyini vurğulamışdı. Görünür, Fransa xüsusi xidmət orqanları bu yöndə müəyyən informasiya aldıqlarından təxliyyə qərarı verməli olublar.