XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 12:36

Rza Zərrabın ABŞ-da həbsiƏrdoğanı çətin vəziyyətə salacaq

 

zerrab

Britaniyanın tanınmış “Independent” qəzeti türkiyəli iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsinin prezident Rəcəb Tayyib Ərdoğanı çətin vəziyyətə salacağını yazıb.

Zərrabın həbsi ilə bağlı məlumat “Həbs qərarı. Ərdoğanın yaxın ətrafına qədər uzanan və qurduğu partiyaya qarşı etimad problemi yaradan korrupsiya ittihamları yenidən gündəmə gələ bilər” şərhi ilə dərc olunub. Şərhdə deyilir: 

"Zərrabın həbsi onsuz da gərgin olan ABŞ-Türkiyə münasibətlərini daha da zəiflədə bilər. İstintaqı aparan prokuror Preet Bharara Zərrabın ABŞ məhkəməsi önünə çıxacağını "Twitter" hesabından açıqlamaqla bir gecədə sosial media fenomeninə çevrilib. Zərraba qarşı ittihamlarda İrana qarşı sanksiyalardan qanunsuz olaraq yan keçməklə neft və təbii qaz alınması müqabilində Tehrana qızıl göndərmək də yer alıb.

Zərrab bundan əvvəl AKP-nin öndə gələn nazirlərinə rüşvət verməkdə günahlandırılmışdı. 2013-cü ildə Türkiyədə qısa bir müddətə həbs olunmuşdu. Zərrabın hökumət rəsmilərinin yardımı müqabilində nazirlərə dəyəri 350 min dollara çatan  həddiyələr verdiyi iddia edilmişdi.

2013-cü ilin dekabr ayında hökumət üzvlərinə qarşı korrupsiya ittihamı ilə bir təhqiqat başlamış və 3 nazir istefa vermişdi. Ərdoğan isə bu hadisləri bir çevriliş kimi qiymətləndirmişdi.

İndi isə Zərrabın vəkilləri ona qarşı irəli sürülən ittihamların 2013-cü ildəki korrupsiya təhqiqatı ilə əlaqəli olmadığını bildiriblər.

Aprel ayında hakim qarşısına çxacaq Zərrab ona qarşı irəli sürülən firıldaqçılıq və “çirkli pullar yuyulması” ittihamlarına cavab verəcək.

Türkiyədki mütəşəkkil cinayətkarlıq barədə kitab yazan amerikalı elm adamı Ryan  Gingeras işi aparan prokuror Bhararanın daha şox siyasi işlər apardığına diqqət çəkir.

Onun sözlərinə görə,  sadəcə həbs qərarı Ankara ilə Vaşinqton arasında münasibətləri daha da gərginləşdirəcək.

İranla əlaqədar işlər üzrə ekspert Nigel Kuşner isə qeyd edir ki, təhqiqatı aparan heyət daha geniş dairəni əhatə etmək üçün çalışacaq.

Bu cür  işlərdə bir və ya iki nəfər daha yüngül cəza almaq üçün etiraf edir. Beləcə, şəbəkənin digər üzvlərinə çatmaq üçün yol açılır. ABŞ-ın məqsədi güclü bir mesaj verməkdir. Bu işin dairəsi, böyük ehtimalla, dar olmayacaq”.

 

Strateq.az