XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 12:41

Brüsseldəki teraktı 2 qardaş törədib- Adları açıqlandı

Belçika polisi Brüssel beynəlxalq aeroportunda terakt törədən 3 nəfərdən 2-nin adını açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, hava limanındakı partlayışı törədənlər İbrahim və Halim Bakraui qardaşlarıdır.

Yerli RTBF telekanalının məlumatına görə, qardaşlar polisin nəzarətində olublar. Lakin onların terrorla deyil, mütəşəkkil cinayətlə əlaqəsi ehtimal olunurdu.

O da qeyd olunur ki, hər üç terrorçu aeroporta taksi ilə gəlib. Son məlumatlara görə, Brüsseldəki silsilə teraktlarda 34 nəfər ölüb, 250 nəfər yaralanıb.