XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2020 - 12:46

Gürcüstan XİN:"Hər hansı bir spekulyasiya və siyasi bəyanatlar işin gedişinə mənfi təsir göstərir"

“Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası üzrə komissiya işini davam etdirir”.

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ və müzakirələr mütəxəssislər və peşəkarların ixtiyarına buraxılmalıdır: “Bu kimi məsələlərin müzakirəsində mütəxəssislərin işi üçün münbit şərait olmalıdır. Hər hansı bir spekulyasiya və siyasi bəyanatlar işin gedişinə mənfi təsir göstərir. Belə olanda münsasibətlərə mənfi təsir etmək istyən qüvvələr bundan süni şəkildə istifadə etməyə çalışırlar. Bu məsələyə  çox həssas və məsuliyyətli olmağa dəvət edirəm”/Report.