XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2020 - 13:00

Prezident Dövlət Agentliyinə 12,5 milyon manat ayırdı –Sərəncam

Prezident İlham Əliyev sentyabrın 24-də “Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, Sərəncama əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 kilometr hissəsində təmir-bərpa işlərinin və “Ağ şəhər” layihəsi çərçivəsində avtomobil yollarının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, müvafiq olaraq, 8 milyon manat və 4,5 milyon manat ayrılıb.