XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Sentyabr 2020 - 14:47

Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb:“Lakin yaxşı olardı ki, ona bu mükafatı versinlər”

Rusiya Prezidenti Vladimir Putinin Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.

Məlumata görə, rusiyalı yazıçı Sergey Komkov 2021-ci ildə Nobel Sülh mükafatı nominasiyası üzrə V. Putinin namizəd göstərilməsi üçün müraciət etdiyini açıqlayıb.

Kreml Rusiya Prezidenti Vlaidmir Putinin Nobel Sülh mükafatına namizədliyinin irəli sürülməsinə münasibət bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin V. Putinin namizədliyini irəli sürmədiyini bildirib.

“Lakin yaxşı olardı ki, ona bu mükafatı versinlər”, – deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, rusiyalı yazıçı Sergey Komkov 2021-ci ildə Nobel Sülh mükafatı nominasiyası üzrə Vladimir Putinin namizəd göstərilməsi üçün müraciət etdiyini açıqlayıb/APA.