XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

25 Sentyabr 2020 - 11:27

“Pensiyaçının vəsaiti kartında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb” –DSMF

Bank hesabına köçürülmüş vəsaitin idarə olunması pensiyaçının səlahiyyətindədir. Pensiyaçının həmin vəsaiti kartında nə qədər müddətə saxlamasına  məhdudiyyət qoyulmayıb. 

Bunu Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər: “DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması  da təmin edilir. Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri  (banklar) qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edirlər”.