XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

21 May 2015 - 10:09

Nazir Ramil Usubov serjanta təşəkkür etdi – Mükafat xəbərini açıqladı (FOTO)

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlərin təxliyə və xilas olunmasında fədakarlıq göstərərkən müxtəlif dərəcəli xəsarətlər alan, hazırda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirən polis əməkdaşına baş çəkib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir xidməti və vətəndaşlıq borcunu layiqincə yerinə yetirib, həyatını risqə atmaqdan çəkinməyərək 4 nəfəri xilas edən çevik Polis Alayının 2-ci Patrul Bölüyünün əməkdaşı, polis serjantı Şahin Qocayevin səhhətilə maraqlanıb. Ona şəfa diləyib, göstərdiyi igidliyə görə təşəkkür edib, tezliklə sağalıb xidmətə qayıtmasını arzulayıb.

Təxliyə və xilasetmə işləri zamanı vəzifə borclarının icrasında fərqlənən əməkdaşların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin tapşırığına əsasən, dövlət mükafatlarına təqdim olunacağı onun diqqətinə çatdırılıb.