XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2020 - 12:44

“Erməni təxribatı nəticəsində Azərbaycanın 6 mülki vətəndaşı yaralanıb” –Baş Prokururluq məlumat yaydı

Azərbaycan Baş Prokurorluğu Ermənistan tərəfindən törədilən təxribatlar nəticəsində yaralanan mülki əhalinin sayını və adlarını açıqlayıb.

Qurumun Mətbuat Xidmətindən Strateq.az-a daxil olan məlumata görə, 6 mülki şəxs yaralanılıb.

Bildirilib ki, mülki əhali arasında Tərtər rayon sakini 1987-ci il təvəllüdlü Röyal Həsənov, Daşkəsən rayon sakini 1982-ci il təvəllüdlü Cəlal Zalov, Füzuli rayon sakinləri 1960-cı il təvəllüdlü Füzuli Məmmədov,  1995-ci il təvəllüdlü Vüsal Quliyev, Ağdam rayon sakinləri 1961-ci il təvəllüdlü Bəykişi Zeynalov, 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər.