XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

27 Sentyabr 2020 - 15:46

ƏRDOĞANDAN AZƏRBAYCAN XALQINA DƏSTƏK:"Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq"

“Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşlarımızın həmrəyliyini gücləndirməyə davam edəcək”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyaya işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır”, – Türkiyə Prezidenti vurğulayıb.