XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2020 - 23:48

Daha bir kənd sakininin evinə mərmi düşdü:avtomobil yararsız hala düşüb

Ermənilər Azərbaycanın mülki əhalisini hədəfə almaqda davam edirlər.

İşağlçı ordunun atdığı mərmilərdən biri Ağdam rayonunun Çəmənli kənd sakini Əsədov Zahid  Məhərrəm oğlunun həyətinə düşüb.

Nəticədə Z. Əsədova məxsus ev və VAZ 2107 markalı avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, Ermənistanın Silahlı Qüvvələrinin bu gün törətdiyi təxribat nəticəsində Azərbaycanda bir ailənin 5 üzvü isə həlak olub. Mülki əhalinin atəşə tutulması nəticəsində 19 dinc sakin yaralanıb. Eyni zamanda onlarla şəxsi mülkiyyətə ziyan dəyib.  /APA