XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2016 - 19:25

Kerrinin Moskva səfəri başladı- Putin və Lavrovla görüşəcək

ABŞ Dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putin və xarici İşlər naziri Sergey Lavrovla danışıqlar aparmaq məqsədilə Moskvaya gedib.

Danışıqlarda əsas müzakirə mövzusunun Suriya və Ukraynadakı vəziyyət olacağı gözlənilir. ABŞ Dövlət Departamenti Kerrinin səfərinin keçən həftə prezident Putinin Rusiyanın öz hərbi qüvvələrini qismən Suriyadan çıxardığını elan etməsindən sonra təşkil olunduğunu bildirib.

Dövlət Departamentinin bildirdiyinə görə, Kerri və Rusiya rəsmiləri arasında danışıqlarda Suriyada atəşkəsin davamlılığının təmin olunması, humanitar yardımın çatdrılması və humanitar yardım işçilərinin yerlərə getməsi üçün imkanların yaxşılaşdırılması və genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Ukrayna ilə bağlı Con Kerrinin Rusiyanı keçən həftə qərarlaşdırılmış atəşkəsə hörmət etməsi üçün ölkənin şərqində Rusiya tərəfdarı separatçılara təzyiq göstərməyə çağıracağı gözlənilir.

Kerrinin eyni zamanda, Rusiyanı çərşənbə axşamı 22 il həbs cəzasına məhkum edilmiş Ukrayna pilotu Nadya Savçenkonu azad etməyə səsləyəcəyi gözlənilir.

Savçenko 2014-cü ilin iyun ayında Ukraynanın Luqansk şəhərində Rusiya televiziyasının iki jurnalistinin ölümü ilə nəticələnən minomyot hücumunu koordinasiya etməkdə ittiham edilərək məhkum edilib.

O bildirib ki, mobil telefon qeydləri onun Moskva tərəfdarı üsyançılar tərəfindən jurnalistlərin qətlindən öncə ələ keçirildiyini təsdiq edir.

“Amerikanın səsi”