XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 11:47

Hikmət Hacıyev:"Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir"

Azərbaycan Ermənistanı həmişə sülhə çağırsa da ermənilər Azərbaycana qarşı təxribatlara əl atır.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin narahatlığı başadüşüləndir:

“Amma beynəlxalq ictimaiyyətə bildiririk ki, Ermənistan işğala son qoymalıdır. Bəzi beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdirir. Erməni lobbisinin maliyyəsi ilə maliyyələşən bəzi qrumlar bizim mövqeyimizi nəzərə almadan qərəzli bəyanatlar yayıblar. Azərbaycan Respublikasına qarşı müharibə aparılır. Azərbaycan ərazisinə qarşı 30 ildir ki, müharibə aparılır”.