XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 12:36

Polkovnik-leytenant Anar Eyvazov:"Raket atışları ilə düşmən müqavimətinin qırılmasına məcbur edilir”

“Raket atışları ilə düşmən müqavimətinin qırılmasına məcbur edilir”.

Bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan tərəfinin Azərbaycan Ordusunun itkiləri ilə bağlı yaydığı məlumatların heç bir əsası yoxdur: “Bu, Ermənistan əhalisinin içində olan təşvişi azaltmağa xidmət edir. Kəşfiyyat məlumatlarına əsasən, düşmənin 24 ədəd tank və digər texnika, 15 ədəd OSA, 18 ədəd PUA-sı məhv edilib. Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan olan muzdlular olması müəyyənləşib. Ermənistan tərəfi bu məlumatı həm yerli, həm beynəlxalq ictimaiyyətdən gizlədir”. /APA