XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 14:23

Polkovnik Vaqif Dərgahlı:"Fərarilik edən erməni hərbi qulluqçularının saxlanılması üçün postlar qurulub"

“Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir”.

Strateq.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O, qeyd edib ki, əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir.

Qeyd edək ki, itkilərin sayının çox olması səbəbindən bir müddət sonra düşmən bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq.